K.Rəykkönen: “Fürsəti əldən verdim”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, gözəl şansı əldən qaçırıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü ikinci yerdən başladığı yarışda virtual təhlükəsizlik maşınına görə 3-cü olub.

Kimi Rəykkönen: “Bu gün heyif ki, istədiyimiz kimi dövərələr vura bilmədik. Virtual təhlükəsizlik maşını əla fürsət olsa da, mən pitə girdiyim üçün Fettelin bəxti gətirdi. Qalib gəldiyi üçün sevincliyəm. Üçüncülük əla nəticədir və tempimiz yaxşı idi. Startda önə keçə bilməsəm də, Lyuisi izləməyə çalışdım. Burada ötmə etmək çətindir və öndəki bolidi yaxından izləyə bilmirsiniz. Buna görə də hücum edə bilmədim. Son hissədə arxadan gələn Red Bull-un təzyiqi ilə üzləşdim. Amma yerimi itirmədim və podiuma çıxmaq əla oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*