18 Noyabr 2018, Bazar - 01:56

K.Rəykkönen formada olmasa da, ümidlidir

K.Rəykkönen formada olmasa da, ümidlidir

Müəllif: Rauf Hacıyev, redaktor

18:08 - 19 Aprel, 2017

Yeni mövsümə komanda yoldaşına nisbətən daha pis başlayan Kimi Rəykkönen bildirib ki, yavaş-yavaş sazlanmaları tapır və buna görə də sevinclidir.

F-1.az xarırladır ki, Fettel bu mövsüm keçirilən 3 yarışda 2 qələbə qazandığı halda, Rəykkönen podiuma belə yüksələ bilməyib. Finlandiyalı sürücü hər 3 yarışda da komanda yoldaşından ən azı 20 saniyə geridə qalıb və hazırda çempionatın lideri olan Fetteldən düz 2 dəfə az – 34 xal toplayıb.

Kimi Rəykkönen: “Sözün açığı, mövsüm yeni başlayıb və tezliklə hər şey daha yaxşı olacaq. Mövsümün ilk 3 yarışında fərqli problemlərlə üzləşdim və tam gücümü ortaya qoya bilmədim. Trasda daha çox dövrə vursaq, bu problemləri daha tez həll edərik. Hazırda boliddən razıyam. Sazlanmaları artıq daha rahat tapırıq və bunu Bəhreyndəki yarışda daha yaxşı hiss etdim. İlk dövrədəki səhvimə görə öndəkilərdən geridə qaldım. Yoxsa hər şey qaydasında idi. Hazırda istədiyimiz yerdəyik. Sazlanmalarda dəyişikliklər etdikdən sonra hər şey istədiyim kimi olacaq. Amma bolidin performansından istifadə edib mükəmməl xallar almayana qədər sevinməyəcəm. Növbədə çox yarış var və komandama kömək etmək üçün əlimdən gələni edəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 365
Teqlər , ,
Paylaş

logo