K.Rəykkönen: “Fettel-Həmilton insidenti məni maraqlandırmır”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, komanda yoldaşı Fettellə rəqibi Həmilton arasındakı insident onu maraqlandırmır

F-1.az xatırladır ki, Sebastyan Fettellə Lyuis Həmilton arasındakı insident uzun müddət müzakirə obyektinə çevrilsə də, almaniyalı sürücünün üzr istəməsi ilə məsələ bağlanmışdı.

Kimi Rəykkönen: Sebastyan yarışda cəza aldı və yer ititrdi. Ondan sonra heç nə etmədilər. Mən bu mövzu ilə maraqlanmıram. Get onlarla danış. Bəzi cəzalar var və düşünürlər ki, bu ədalətlidir. Artıq bu barədə danışmaq mənasızdır. Komanda olaraq gələcəyə baxırıq.

Bottasla bir-birimizi yaxşı tanımırıq. Fin olsaq da, bir-birimizi digər sürücülər kimi tanıyırıq. Bir az gənc olduğu üçün Formula1-dən başqa seriyada yarışmamışıq. Bakıdakı hadisəyə hamı böyük hadisə kimi baxır, çünki ikimiz də finlandiyalıyıq. Əgər birimiz başqa millətdən olsaq, onda böyük hekayə olmaz.

Son yarışda çox xal itirdik və bu komandanın səhvi deyildi. Bəzən belə şeylər olur və bu il belə hallarla rastlaşmışıq. Bəzən mənim, bəzən onun səhvi olur”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*