K.Rəykkönen Ferstappenin cəzasına təəccüblənib

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Maks Ferstappenə verilən cəzanı anlaya bilməyib.

F-1.az xatırladır ki, yarışın son dövrəsində Ferstappen daha təzə təkərlərlə Rəykkönenə hücumlar etmiş və 17-ci döngədə trası kəsərək rəqibini keçdiyi üçün nəticəsinə 5 saniyə əlavə edilmişdi.

Kimi Rəykkönen: “Ferstappenə nə olduğuna və niyə cəza aldığına dair heç bir fikrim yoxdur. Məni sondan ikinci döngədə keçməyindən başqa heç nə bilmirəm. Sözün düzü, yarışdan sonra 4-cü olduğumu düşünəndə məyus olmuşdum, amma Maks araşdırılırdı. Podiuma getdim və sonra onu görmədim. Hara gedib, bilmirəm.

Onu güzgülərimdə gördüm. Əvvəlki döngələrdə tempi yavaşlatmağa çalışdım. Döngədə yerimi qoruduğumu düşünmüşdüm, amma birdən yanımda göründü. O an əsəbiləşmişdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*