K.Rəykkönen: “Ferrari təslim olmamalıdır”

Kimi Rəykkönen bildirib ki, Ferrari Macarıstan QP-də mübarizəni dayandırmamalıdır.

F-1.az xatırladır ki, Ferrari son iki yarışda itirdiyi xallarla çempionluq yarışından uzaqlaşıb. Amma Rəykkönen hesab edir ki, Ferrari bu mövsüm Mercedes-ə fokuslanmağa davam etməlidir.

Ferrari bu mövsümə çempionluq hədəfi ilə başlasa da, hələ də qələbə qazana bilməyib. Bundan başqa Red Bull-un inkişafı italyanların işini daha da çətinləşdirib. Amma Rəykkönen Ferrari-nin keçən il qalib gəldiyi Macarıstan yarışından əvvəl komandanın həvəsdən düşməməli olduğunu bildirir: “İşləməyə və inkişaf etməyə davam edəcəyik və mümkün olduqca təslim olmayacayıq. Mercedes-in harada olduğunu bilirik. Bəli, bizdən qabaqdadırlar. Amma bu o demək deyil ki, biz təslim olacayıq və mübarizəni dayandıracayıq. Biz həmişə komanda olaraq daha yaxşı nəticələr qazanmaq istəyirik. Bu nəticələri qazanıncaya qədər isə işləməyə davam edəcəyik. Qazanmaq istəyirik, amma əlimizdən ancaq bu gəlirsə, daha artığını etməyə çalışacayıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*