16 Dekabr 2017, Şənbə - 14:55

K.Rəykkönen: “Ferrari Formula1-in ən güclü komandasıdır”

K.Rəykkönen: “Ferrari Formula1-in ən güclü komandasıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

06:25 - 08 İyul, 2016

Kimi Rəykkönen Silverstounda Ferrari ilə 100-cü yarışına çıxacaq. Finlandiyalı sürücü bildirib ki, Ferrari üçün yarışdığına görə çox xoşbəxtdir…

F-1.az xatırladır ki, Rəykkönen Ferrari-nin heyətində keçirdiyi 99 yarışda 1 Dünya Çempionluğu, 9 qələbə, 5 poul, 33 podium və 534 xal qazanıb.

Rəykkönen bu həftəsonu İngiltərədə Ferrari ilə 100-cü yarışına çıxacaq: “Bu Ferrari ilə 100-cü yarışımdır. Bu, çox görünmür, amma bu uğura nail olmaq üçün bir neçə ilimi verdim. Ferrari Formula1-in ən güclü komandasıdır. 2007-ci ildə Dünya Çempionu olduq. Yaxşı illərimiz oldu, amma eyni zamanda çətin günlərimiz də oldu. Ferrari-nin üzvü olduğum üçün çox xoşbəxtəm. Buradakı ab-hava əladır. Həmişə bir-birimizi qabağa çəkirik. Ümid edirəm ki, aid olduğumuz yerdə olarıq. Silverstounda yarışmaq həmişə gözəl olub. Bura tarixi trasdır və burada çıxış etməkdən həzz alıram. Hava şərtləri çətin ola bilər, amma burada həmişə maraqlı yarışlar olub.

Həftəsonu ilə bağlı fikirlərimiz həmişəki kimi eynidir. Cümə günü proqramımızı tətbiq edəcəyik və harada olduğumuzu görəcəyik. Növbədə çoxlu yarışlar var və istəyirik ki, yüksək nəticələr qazanaq. İlin sonunda harada olduğumuzu görəcəyik. Amma bu il qələbə qazanacağımıza əminəm. Mübarizə aparmağa davam edəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 118
Teqlər ,
Paylaş

logo