25 Sentyabr 2017, Bazar ertəsi - 13:49

K.Rəykkönen əyləc problemi yaşayıb

K.Rəykkönen əyləc problemi yaşayıb

Müəllif: Rauf Hacıyev, redaktor

06:24 - 12 İyun, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, yarışın sonlarında əyləclərlə bağlı ciddi problem yaşayıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Kanada yarışına 4-cü yerdən başlasa da, startda həm Ferstappen, həm də Rikkardonu buraxmalı olub. Peletonun ən yaşlı sürücüsü daha sonra səhv edərək, Peresin gerisinə düşüb. Əlavə pit-stopa görə Okonu da önə buraxıb.

Kimi Rəykkönen: “Bu həftəsonu bilirdik ki, hər şey limitdə olacaq. Bu trasda əyləclər çox qızır. Yarışın əvvəlində 8-ci yerə gerilədim və mənim üçün pis başlanğıc oldu. Bəxtim orda gətirdi ki, divara çırpılmadım. Daha sonra isə rəqiblərimi keçmək mümkünsüz olduğu üçün strategiyamı dəyişdirməyə qərar verdim. Yarışın sonunda isə əyləclərlə bağlı problem yaşadım və ondan sonra əsas hədəfim finişə çatmaq idi.

Sonda əyləclərim tamamilə işləməməyə başladı və buna görə də ayağımı qaz pedalından götürdüm və Renault-nu arxamda saxlamağa çalışdım. Əyləclərim çox qızdığı üçün sıradan çıxmışdı. Komanda üçün bərbad həftəsonu idi. Növbəti yarışda güclü olmalıyıq.

Lakin, keçən illə müqayisə etsək, Monrealda hər şey daha yaxşı getdi. Şənbə günü pis çıxış etdim və performansım yaxşı deyildi. Yarışda isə külək çox idi və traffikdə sürmək çox çətin idi. İnkişaf etsək də, istədiyimiz nəticəni ala bilmədik. Lakin mübarizə hələ də davam edir. İnkişafa davam etməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 671
Teqlər , , ,
Paylaş

logo