K.Rəykkönen: “Ən sürətli komanda deyilik”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, cümə sərbəs yürüşlərində yaxşı məlumatlar toplayıblar.

F-1.az xatırladır ki, finlandiyalı sürücü cümə gününü birinci yerdə bağlayıb.

Kimi Rəykkönen: “Gözəl bir günü geridə buraxdıq. Boliddən razıyam. Digər cümə günlərində olduğu kimi bu dəfə də fərqli sazlanmaları sınadıq və çox şey öyrəndik. Trasın bəzi hissələrində daha yaxşı iş görməliyik. Bəzi yerlərdə zəifik və yaxşı dövrə vurmaq üçün bu problemləri həll etməliyik. Hazırda ən güclü bolidə sahib olduğumuzu deyə bilmərik. Rəqiblərin gücünü sıralanma turunda görəcəyik. İkinci sessiyanın sonunda boliddə titrəmə hiss etdim. Komanda bolidi saxlamağımı istədi. Təkər yerinə tam oturmadığı üçün çıxmışdı və sessiyanı bir az tez bitirməli oldum”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*