15 Dekabr 2017, Cümə - 23:52

K.Rəykkönen: “Əla şansımız var”

K.Rəykkönen: “Əla şansımız var”

Müəllif: Rauf Hacıyev, redaktor

17:36 - 27 May, 2017

128 yarışlıq fasilədən sonra Monakoda poul alan və rekord qıran Kimi Rəykkönen özünü yaxşı hiss etdiyini deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü komanda yoldaşı Fetteli 0.043 saniyə qabaqlayaraq, 2008-ci ilin Fransa yarışından sonra ilk dəfə poul qazanıb.

Kimi Rəykkönen: “Özümü yaxşı hiss edirəm. Monako asan yarışlardan biri deyil və birinci sərbəst yürüşlərdən sonra bolidi təkmilləşdirə bildik. Hazırda çox güclüyük və sabah üçün gözəl şansımız var. Stabil olmaq həmişə çətin olsa da, digərlərindən yaxşı işlər görərək, birinci yeri tutduq. Təbii ki, bu qələbə demək deyil, lakin əlimizdə əla fürsət var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 157
Teqlər , , ,
Paylaş

logo