K.Rəykkönen: “Daha yaxşı nəticə ala bilərdik”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Albert Parkdakı bərbad yarışdan sonra Çində daha güclü ola bilər.

F-1.az xatırladır ki, Sebastyan Fettel mövsümün ilk yarışı Avstraliyada qalib gəldiyi halda, komanda yoldaşı Kimi Rəykkönen ondan 23 saniyə geridə qalmışdı. Finlandiyalı sürücü yarışdan sonra bildirmişdi ki, performansından razı qalmayıb.

Amma peletonun ən yaşlı sürücüsü Çin yarışı barədə müsbət yöndə düşünür: “Avstraliyada işlər istədiyim kimi getmədi. Sazlanmaları tapmaqda çətinlik çəkdim və pis nəticə aldım. Amma nə qədər pis başlasaq da, əvvəlki illərə nisbətən işlər qaydasında idi. İndi isə önümüzdə başqa bir yarış var və burada iddialıyıq. Bu il bütün traslarda ilk dəfə çıxış edəcəyik kimi təəssürat olacaq. Reqlamentdəki dəyişikliklərə görə hər şey müəmmalıdır.

Boliddə özümüzü yaxşı hiss edirik. İlk yarışda 4-cü yerdən daha yaxşı nəticə almaq olardı. Şanxayda əlimdən gələni edib daha yaxşı nəticə almağa çalışacam. Yarışda yağış ehtimalı da var və yağış təkərləri hamı üçün yeni olacaq. Görək nə baş verəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*