20 Noyabr 2017, Bazar ertəsi - 07:52

K.Rəykkönen: “Bakıdakı cümə günü digərlərindən fərqli idi”

K.Rəykkönen: “Bakıdakı cümə günü digərlərindən fərqli idi”

Müəllif: Rauf Hacıyev, redaktor

07:05 - 24 İyun, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Bakıda qarşılaşdığı ən böyük problem təkərlərdir.

F-1.az xatırladır ki, peletonun ən yaşlı sürücüsü Azərbaycandakı birinci sərbəst yürüşlərdə lider Ferstappendən 1.5 saniyə geri qalaraq 9-cu, ikinci sərbəst yürüşlərdə isə 0.127 saniyə fərqlə 4-cü olub.

Bakı Şəhər Halqasındakı ilk yarışın son dövrəsində podiumu əldən vermiş Rəykkönen bu il təkərlərdən narazı qalıb: “Bakıdakı cümə günü digərlərindən fərqli idi. Təkərlərlə işləmək çətin idi və həmişəkindən fərqli idi. Lakin hamı eyni gəmidə olduğu üçün heç kim üstünlük qazana bilməyib. Bakı Şəhər Halqasının ən çətin tərəfi təkərləri işçi rejiminə gətirməkdir. Bunu etmək çox çətindir. Əgər bunu edə bilsəniz, bir problem belə yaşamırsınız və hər şey asan olur.

Gözlədiyimiz səviyyədəyik, amma hər şey mükəmməl deyil. Əksər hallarda traffik olur və asfaltla ilişmə azdır. Bolidimiz yaxşı olsa da, təkərlərə çox vaxt ayırmalısınız. Uğurun sirri budur.

Hazırda harada olduğumuzu deyə bilmərəm. Sadəcə cümə günü idi. Şənbə günü məlumatımız daha çox olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 590
Teqlər , , , ,
Paylaş

logo