K.Rəykkönen: “Az qala yerimdə fırlanacaqdım”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, yarış ərzində bir neçə dəfə yerində fırlanmağa yaxın olub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışın startında Bottası keçsə də, birinci dövrənin sonunda Mercedes komandasının sürücüsünün gerisinə düşmüşdü.

37 yaşlı sürücü daha sonra komanda yoldaşı Fettelin gerisinə düşdü, amma pit-stoplardan sonra Stroll və Okonu keçərək, 4-cü yerə yüksəldi. Amma yarışın son dövrələrində Rikkardo yeni təkərlərlə veteran sürücünü keçdi.

Kimi Rəykkönen: “İlk dövrə yaxşı idi. Amma daha sonra problem yaşadım. Nə baş verdiyini bilmirəm. Döngəyə girərkən bolidin idarəetməsini itirirdim. Daha sonra vəziyyət yaxşılaşsa da, döngələrdə problem yaşamağa davam edirdim. Az qala yerimdə fırlanacaqdım. Düzlüklərdə istədiyim kimi gedə bilmirdim. Bir neçə rəqibimi keçsəm də, çətin gün idi. Bütün həftəsonu çətin idi. Bəzi dövrələrdə yaxşı olsaq da, asfaltla ilişmə yox idi.

Niyə belə oldu bilmirəm. Mercedes-lə müqayisədə niyə belə zəifik anlamıram. Bizim üçün ən çətin yarışlardan biri idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*