19 Oktyabr 2017, Cümə axşamı - 00:10

K.Rəykkönen: “Artıq özümü daha rahat hiss edirəm”

K.Rəykkönen: “Artıq özümü daha rahat hiss edirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

12:09 - 06 Avqust, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, son yarışlarda özünü yaxşı hiss etdiyi üçün performansı yaxşılaşıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümə pis başlasa da, son iki yarışda mükəmməl performans göstərərək, podiuma yüksələ bilmişdi. 2007-ci ilin Dünya Çempionu Britaniyada Fetteldən sürətli olmuşdu, Macarıstanda isə heyrətamiz sürüş ilə ikinci olaraq, komandasına dubl gətirmişdi.

Kimi Rəykkönen: “Çempionatda neçənci olmağınızdan asılı olmayaraq, hər yarışa yeni detallar gətirirsiniz və test edirsiniz. Macarıstanda komanda olaraq çox yaxşı nəticə əldə etdik və həmişə daha yaxşısını etmək üçün əlinizdən gələni edirsiniz. Macarıstan testi bizim üçün normal keçdi. Vaxtımız çox olduğu üçün təkərləri daha çox test etmək şansımız oldu. Son yarışlarda özümü boliddə rahat hiss edirəm və bu, mənim üçün yaxşı xəbərdir. Komanda yeni detallar hazırlayır və bu, mənə müsbət təsir edir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 971
Teqlər ,
Paylaş

logo