K.Rəykkönen Alonsonu əvəzələyəcək?

Fernando Alonso Formula1 karyerasını bitirəcəyi halda McLaren onun əvəzinə başqa bir veteran sürücü olan Kimi Rəykköneni gətirə bilər.

F-1.az bildirir ki, finlandiyalı sürücünün komandası Ferrari ilə müqaviləsi ilin sonunda başa çatacaq Alonso isə avtoidmanın üç tac xəyallarını reallaşdırmaq üçün İndyCar-a keçə bilər. İspaniyalı sürücü gələcəyi ilə bağlı son qərarını yay fasiləsindən sonra verəcək. İkiqat Dünya Çempionu ayrılsa, McLaren komandası Lando Norris və Stoffel Vandorn cütü ilə yarışa bilər. Rəykkönen isə hazırda yarışan ən yaşlı sürücüdür və bu mövsüm 4 yarışda podiuma yüksələ bilib. Lakin bəzi iddialara əsasən, Ferrari gənc sürücüsü Şarl Lekleri yaxından izləməyə başlayıb.

2007-2017-ci illərdə McLaren komandasının mətbuat rəhbəri olan Mət Bişop bildirib ki, Britaniya komandası Alonsodan sonra yüksək profilli sürücü ilə yarışmalıdır: “Fernando qalsa, komandanın Stoffeli saxlaması şübhə altına düşəcək. Çünki Landoya yönələ bilərlər. Beləliklə, təcrübə ilə debütant bir yerdə yarışacaqlar. Fernandonun getməsi Stoffel üçün vacibdir. Çünki stabillik üçün komandada qalmalıdır. Bəs Lando və Stoffel cütü ilə yarışacaqlar? McLaren bu barədə nə düşünür? Böyük ehtimalla Daniel və ya Kimi ilə danışıqlar aparırlar”.

Sabiq Formula1 sürücü Uill Stevens isə düşünür ki, axmaq mövsüm artıq başlayır: “Artıq dedi-qodular başlandı. Xüsusən də Kiminin Ferrari-dən gedəcəyi ilə bağlı söhbətlər artıb. O, çox təcrübəlidir və McLaren həmişə təcrübəli sürücü istəyib. Əgər Fernando getsə, təcrübəli sürücü istəyəcəklər. İlin sonuna qədər başqa sürücülərin də adı hallana bilər”.

Xatırladaq ki, Rəykkönen 2002-2006-cə illərdə McLaren komandasında yarışıb və 2003-cü və 2005-ci illərdə ikinci olub.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*