17 Dekabr 2017, Bazar - 12:11

K.Rəykkönen 1 il də Formula1-də qalacaq?

K.Rəykkönen 1 il də Formula1-də qalacaq?

Müəllif: Rauf Hacıyev, redaktor

20:26 - 19 İyul, 2016

Kimi Rəykkönenin meneceri Stiv Robertson bildirib ki, finlandiyalı sürücü Formula1-də daha bir il qala bilər..

F-1.az xatırladır ki, Rəykkönen iyulun əvvəlində Ferrari ilə müqaviləsini daha bir il uzatmışdı. Robertson hesab edir ki, yeni müqavilə Rəykkönenə əlavə motivasiya verəcək: “2017-ci ildən sonra yarışıb-yarışmayacağı onun seçimindən aslıdır. Məncə, yarışacaq. İndiki halda özünü yaxşı hiss edir və karyerasını bitirmək kimi bir niyyəti yoxdur. Avtoidmanı çox sevir. Bu istəyi davam etdikcə, komandada özünə yer tapacaq.

Ön qrupla arasında elə də böyük fərq yoxdur. Boliddən razıdır. Keçən ilə nisbətən çox güclüdür. Yenə də komandadakı gələcəyinə biz qərar vermirik. Komanda rəhbərlərinin əlində hər cür məlumar var. Komandaya nə kimi xeyri var? Hazırkı sürücülər arasında daha yaxşısı varmı? Bu suallara cavab taparaq, komanda üçün kimin daha xeyirli olduğuna qərar verirlər.

Kimi komandasını və bolidini çox sevir. Boliddən maksimumu almaq üçün mühəndislərlə bir yerdə işləyir. Yaşına baxmayaraq, Formula1 sevgisi hələ də itməyib. Bu da onu xüsusi edən amillərdəndir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 119
Teqlər , ,
Paylaş

logo