K.Qon: “Renault-nun 3 ilə ehtiyacı var”

Renault-Nissan alyansının prezidenti Karlos Qon bildirib ki, komandanın podium uğrunda mübarizə aparması üçün 3 ilə ehtiyacı var...

F-1.az xatırladır ki, Renault 2011-ci ildə zavod komandası kimi Formula1-dən gedib, ancaq mühərrik təchizatçısı kimi idmamdakı fəaliyyətini davam etdirirdi. Keçən ilin sonunda isə Renault Lotus-u alaraq, Formula1-ə yenidən zavod komandası kimi qayıdıb.

Çərşənbə günü Renault Sport F1 komandası 2016-cı ildə yarışacaqları qara-sarı rəngli bolidini tanıdıb. Mövsümün ilk yarışına qədər sarı rəng çalarlarının artırılması gözlənilir.

Renault-Nissan alyansının prezidenti Karlos Qon komandanın hədəfləri haqqında danışıb. O bildirib ki, komandanın podium uğrunda mübarizə aparması üçün 3 ilə ehtiyacı var: “Biz bilirik ki, işimiz çətindir. Ən yaxşı komandalara qarşı mübarizə aparacayıq. Stabil olaraq podium uğrunda mübarizə aparmaq üçün 2-3 ilə ehtiyacımız var.

Hazırda mühərrik üzərində işləyirik. Biz bilirik ki, mövsümə çatışmazlıqlarla başlayırıq. Ancaq aradakı fərqi bağlamaq üçün lazımi istedada, təcrübəyə və istəyə sahibik.

Biz buraya sadəcə yarışmaq üçün gəlməmişik. Hədəfimiz ən üst səviyyədə mübarizə aparmaq və qalib gəlməkdir. Hədəfimiz hər yarışdan xal almaqdır.

Əgər 2016-cı ildə bunu bacarsaq, bu möcüzə olacaq. Komandaya güvənirəm və inanıram ki, onlar qısa müddət ərzində inkişaf edəcəklər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*