22 Noyabr 2017, Çərşənbə - 12:55

K.Maqnusseni şantaj ediblər

K.Maqnusseni şantaj ediblər

Müəllif: Rauf Hacıyev, redaktor

14:10 - 09 Fevral, 2016

Danimarkada nəşr olunan BT xəbər verib ki, Kevin Maqnusseni şantaj edərək ondan pul istəyiblər…

F-1.az xatırladır ki, Maqnussen birillik fasilədən sonra Renault komandası ilə Formula1-də yenidən yarışmağa başlayacaq.

Danimarkalı sürücünün Formula1-də yenidən yarışacağı bəlli olduqdan sonra narahat edildiyi aşkarlanıb. Maqnusseni və qız rəfiqəsi Luzini bir neçə aydır internet üzərindən şantaj edirlər. Şantajçılar Maqnusseni və qız rəfiqəsini şəxsi şəkilləri yaymaqla, ünvan və telefon nömrələrini mətbuata sızdırmaqla qorxudublar.

Nə Kevin, nə atası Yan Maqnussen və nə də Luzi bu bərədə heç bir açıqlama vermək istəməyiblər. Kopenhagen polisi də bu barədə cinayət işi açıldığını təsdiqləməyib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 190
Teqlər , ,
Paylaş

logo