23 Sentyabr 2018, Bazar - 01:22

K.Maqnussen: “Yarışa yaxşı nəzarət etdim”

K.Maqnussen: “Yarışa yaxşı nəzarət etdim”

Müəllif: Rauf Hacıyev, redaktor

19:19 - 09 Aprel, 2017

Çin yarışında 8-ci yeri tutaraq komandası Haas-la ilk xallarını qazanan Kevin Maqnussen bildirib ki, yarışı çox yaxşı idarə edib.

F-1.az xatırladır ki, danimarkalı sürücü yarışda pis start alsa da, orta qrupdakı rəqiblərindən daha yaxşı performans göstərərək, komandasına vacib xallar qazandırıb.

Kevin Maqnussen: “Bu gün çox əyləncəli idi. Bolidi sürmək çox rahat idi və 8-ci yeri tutdum. Komanda gözəl iş gördü. Ən vacibi isə ön təkərlərə yaxşı nəzarət edə bildim. Bu mövzuda komanda mənə çox kömək etdi. Ümumilikdə isə yarışa yaxşı nəzarət etdim. Gözəl strateyi ilə keçid təkərlərindən SuperSoft təkərlərə vaxtında keçdik. Öndəki rəqiblərimlə mübarizə aparmaq gözəl idi. Komandaya və özümə görə çox sevincliyəm. İndi isə Bəhreyndə gözəl bir yarış keçirmək üçün işləməyə başlamalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 742
Teqlər , , ,
Paylaş

logo