K.Maqnussen: “Vandorn çox şanslıdır”

Kevin Maqnussen bildirib ki, Vandorn Alonso ilə işləyəcəyi üçün çox şanslıdır...

F-1.az xatırladır ki, Batton təqaüdə çıxdıqdan sonra onu Stoffel Vandorn əvəz edib. Xatırladaq ki, belçikalı sürücü 2016-cı ilin Bəhreyn yarışında zədələnmiş Alonsonu əvəz edərək, mükəmməl performans göstərmiş və komandasına bir xal qazandırmışdı.

Kevin Maqnussen: “Vandorn Formula1-ə yaxşı vaxtda gəldi. Yanında tarixin ən yaxşılarından biri olacaq və ondan çox şey öyrənə bilər. Onun mənim və ya başqasının məsləhətinə ehtiyacı yoxdur. Onsuz da yanında mükəmməl bir sürücü var və əminəm ki, Censon da onu dəstəkləyəcək. Düşünürəm ki, çox tez inkişaf edəcək. Sadəcə ətrafındakı insanları diqqətlə dinləməlidir. Belə olan halda, sürətlə inkiçaf edib, yaxşı nəticələr alacaq.

Hazırda peletonda böyük rəqabət var. Vandorn bundan həzz alacaq. Ümid edirəm ki, onun üçün gözəl mövsüm olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*