K.Maqnussen üzr istəməyib?

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, rəqibi olan Markus Erikssondan üzr istəməyib.

F-1.az xatırladır ki, Maqnussen Avstraliya yarışının startında Erikssona çırpılmış və hər iki sürücü də çınqıllı sahəyə çıxmışdı. Qəzadan bir qədər sonra Maqnussen yarışı dayandırmış və stüardlar qəzanı yarış insidenti kimi dəyərləndirmişdilər.

İsveçli sürücü yarışdan sonra sosial şəbəkədə Maqnussenin üzr istədiyini yazsa da, danimarkalı sürücü bunu təkzib edib: “Bəli, yazdığını mən də gördüm, amma üzr istəmədim. Sözün açığı, orada səhv olduğunu düşünmürəm. İkimiz də döngəyə girməyə çalışırdıq və qəza oldu. Normal yarış insidenti idi və stüardlar da buna qərar verdilər. Eyni vəziyyətə yenidən düşsəm, fərqli heç nə olmazdı. Bu qəzadan qaçmaq olmazdı. Buna görə də günahkar axtarmaq olmaz. Komanda olaraq güclü ola biləcəyimiz bir yarışdan xalsız ayrıldıq, amma Çində kompensə etməliyik. Ümid edirəm ki, problemsiz bir həftəsonu keçirərik”.

Eriksson isə atdığı tviti bu cür izah edib: “Bazar günü axşam təyyarədə idik və Maqnussenlə söhbət etdik. Əllərini havaya qaldıraraq məyus olduğunu dedi. Kevini yaxşı tanıyıram və bu hərəkəti bilərəkdən etmədiyini başa düşürəm, amma hər şey geridə qaldı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*