23 Noyabr 2017, Cümə axşamı - 11:41

K.Maqnussen: “Renault mənim F1 karyeramı xilas etdi”

K.Maqnussen: “Renault mənim F1 karyeramı xilas etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

15:32 - 04 Fevral, 2016

Kevin Maqnussen verdiyi müsahibədə bildirib ki, əgər Renault komandası onu transfer etməsəydi, onun Formula1 karyerası bitə bilərdi…

F-1.az xatırladır ki, Maqnussen Formula1-dəki debütünü 2014-cü ildə McLaren komandası vasitəsilə reallaşdırıb. Amma 2015-ci ildə McLaren Fernando Alonsonu transfer etdiyi üçün Maqnussen komandanın test sürücüsü olub. Danimarkalı sürücü 2015-ci ilin sonunda McLaren komandasından ayrılıb.

Maqnussen dünən Parisdə keçirilən mətbuat konfransında Renault komandasına keçidi ilə bağlı təəssüratlarını bildirib: “Formula1-dən 2 il uzaq qalsaydım, karyeram bitə bilərdi. Əgər siz Formula1-də Dünya Çempioni olmuşsunuzsa, Formula1-ə qayıtmaq daha asan olur. Amma mənim vəziyyətimdə olan sürücülər üçün 2 illik fasilə F1 karyerasının bitməsi deməkdir. Ya olmalı idi, ya da olmamalı. Amma mənim bəxtim gətirdi.

Bu fürsətə ikinci dəfə yiyələnmək mənim üçün vacib idi. Pilotların çoxusu bu imkanı əldə edə bilmirlər. Bundan başqa bu fürsətə güclü komandada yiyələnmək daha da vacibdir.

Hazırda necə xoşbəxt olduğumu sözlə ifadə edə bilmirəm. Tezliklə yeni bolidimə oturmaq üçün səbrsizlənirəm”.

Danimarkalı sürücü etiraf edib ki, o Renault ilə təqdimatdan 1 gün əvvəl müqavilə bağlayıb. Amma danışıqlar keçən ilin dekabr ayından başlayıb: “Renault-nun Lotusu satın aldığı dövrlərdə fransız komandasının bəzi nümayəndələri mənimlə əlaqə saxladılar. Danışıqlar ləng getdi və bu barədə mətbuata heç nə bildirilmədi.

İlin əvvəlində mənimlə yenidən əlaqə saxladılar və indi buradayam. Bunun üçün çox gözlədim və nəhayət, buradayam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 286
Teqlər , , ,
Paylaş

logo