K.Maqnussen: “Mühərriklər arasında fərq yoxdur”

Peletondakı bütün mühərriklərdən istifadə etmiş Kevin Maqnussen bildirib ki, güc qurğuları arasında ciddi fərq yoxdur.

F-1.az xatırladır ki, Maqnussen 2014-cü ildə Mercedes, 2015-ci ildə Honda, 2016-cı ildə Renault mühərriklərindən istifadə edib. Danimarkalı sürücü bu ildən etibarən Ferrari mühərrikli Haas komandasında çıxış edir.

Kevin Maqnussen: “Düzünü desəm, mühərriklər arasında ciddi fərq yoxdur. Hamısı bir-birinə bənzəyir. Səsləri və funksiyaları bir az ayrıdır, amma Ferrari ilə işləmək asandır. Başa düşmək asandır və sürmək çox yaxşıdır. Bu il, deyəsən, əla keçəcək və bu, məni sevindirir.

İlk yarışımda əylənmişdim. Yarış barədə çox düşünməmişdim. İtiriləcək heç nəyim yox idi. Bəxtim hesabına podiuma yüksəldim. Mənim üçün unudulmaz təcrübə oldu. Qalib gəlmək əla olardı, amma ilk yarışımı ikinci yerdə bitirdim və özümü yaxşı hiss edirdim”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*