19 Dekabr 2018, Çərşənbə - 09:43

K.Maqnussen: “Məqsədim ölmək deyil”

K.Maqnussen: “Məqsədim ölmək deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

12:03 - 07 May, 2018

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Bakıdakı insidentə görə rəqibi Pyer Qaslidən dəfələrlə üzr istəyib.

F-1.az xatırladır ki, Qasli Bakıdakı yarışda danimarkalı sürücüyə hücum etmiş, amma Maqnussen gənc rəqibini divara sıxaraq, hücumun qarşısını almışdı.

Kevin Maqnussen: “Pyeri strart-finiş düzlüyündə bilərək sıxmadım. Bu hərəkəti etdiyim üçün məyusam. Onsuz da yarışdan sonra onunla danışıb dəfələrlə üzr istədim.

Təbii ki, yarış vaxtı ölmək istəmirəm. O sözü deyərkən mübariz ruhumu göstərmək istədim. Düşünmürdüm ki, bu qədər ciddi qarşılanar. Hazırda Formula1-də yarışaraq uşaqlıq xəyalımı reallaşdırıram. Burada yarışmaq üçün çox şeyi fəda etdim. Bezdiyim zaman isə təqaüdə çıxacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 153
Teqlər , , , , ,
Paylaş

logo