K.Maqnussen: “Karyeramın ən gözəl dövrünü keçirirəm”

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Formula1-dəki ən yaxşı dövrünü keçirir.

F-1.az xatırladır ki, danimarkalı sürücü İspaniya yarışında 6-cı olaraq, aktivinə daha 8 xal yazdıqdan sonra çempionatda xallarını 19-a çatdırıb.

Kevin Maqnussen: “Yaxşı start aldım. Red Bull sürücülərinin yanında idim, amma bilirdim ki, çox sürətlidirlər və buna görə mübarizə aparmaq istəmədim. Hədəfim 7-ci yer idi və orada qalmağa çalışdım və yerimi qoruya bildim. İlk dövrədəki insidentlərdən uzaq qaldım və xoşbəxtəm. Məncə, güclü idik. Bəhreyndə və burada qazandığımız xallara layiq idik. Hər yarış xal alamalı idik. Bunu bacara biləcək bolidimiz var. Amma bəzi səhvlər etdik. Yaxşı xallar almaq gözəldir. Çempionatdakı layiq olduğumuz yerə qayıtdığımız üçün xoşbəxtəm. İndi bu tempi qoruyaraq yaxşı xallar almağa davam etməliyik.

Karyeramın ən yaxşı dövrünü keçirirəm və inanıram ki, bunu davam etdirə biləcəm. Bu performansı davam etdimək üçün güclü bolidim var. Bu həftə Formula1-in ən güclü 3 komandasına uduzduq. Digərləri bizdən geridə idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*