16 Oktyabr 2018, Çərşənbə axşamı - 22:38

K.Maqnussen: “Kanadadan xal ala bilərik”

K.Maqnussen: “Kanadadan xal ala bilərik”

Müəllif: Rauf Hacıyev, redaktor

22:18 - 07 İyun, 2016

Renault komandasının sürücüsü Kevin Maqnussen Monako yarışında qəza etdikdən sonra Kanadada daha asan yarış gözləyir.

F-1.az xatırladır ki, Maqnussen Monakoda yarışa yaxşı başlasa da, Daniil Kvyat ilə insident yaşamışdı və mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu. Amma danimarkalı sürücü Kanadada xal ala biləcəyini düşünür: “Bura şəhər tipli tras olduğu üçün burada sürmək həzz verir. Trasda sürətli şikanalar və sərt əylənmə nöqtələri var. Maraqlı döngələrinə görə buradakı yarışlar çox maraqlı olur.

Keçmişə baxanda, buradakı yarışların əyləncəli keçdiyini görürsünüz. 2014-cü ildə burada ilk yarışıma çıxmışdım və xal qazanmışdım. Bu mövsüm də uğurumu təkrarlamaq istəyirəm.

Bu tras Monako ilə müqayisədə mühərriyə daha çox tələbkardır. Buna görə də yeni mühərriyimiz burada öz gücünü göstərə bilər.

Ümid edirəm ki, yeniliklərimiz yaxşı işləyər və bolid daha yaxşı vəziyyətdə olar. Burada yaxşı həftəsonu keçirsək, xal ala bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 217
Teqlər ,
Paylaş

logo