K.Maqnussen halonun əleyhinə səs verib

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, halonun əleyhinə səs verən sürücülərdən biri olub.

F-1.az xatırladır ki, halo üçün səs verən 16 sürücüdən 7-i əleyhinə, 5-i lehinə, 4-ü isə neytral mövqe göstərmişdi. Kevin Maqnussen də haloya “yox” deyən sürücülərdən biri olub: “Sözün açığı, mən də halo əleyhinə səs verdim. Sistem Formula1-in genlərinə ziddir. Düzdür, halo bir az riski azaldacaq. Amma bir neçə mövzuda inkişaf edə bilərik. Jülün başına gələnlər faciəvi idi. Bəxti gətirmədi. Formula1 Suzukadan dərs çıxarmalıdır. Amma halo bunun həll yolu deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*