21 Sentyabr 2017, Cümə axşamı - 05:37

K.Maqnussen: “Haas komandasında rahatam”

K.Maqnussen: “Haas komandasında rahatam”

Müəllif: Rauf Hacıyev, redaktor

06:14 - 06 İyun, 2017

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, komandada işlər onun üçün sakit və stressiz gedir.

F-1.az xatırladır ki, danimarkalı sürücü bundan əvvəl McLaren və Renault kimi komandalarda çıxış etmiş, lakin bu mövsüm Formula1-də ikinci mövsümünü keçirən Haas komandasına transfer olunmuşdu.

Kevin Maqnussen: “Haas komandasında daha az təzyiqlə üzləşirəm. Burada heç kim məndən xarüqələr yaratmağımı gözləmir və bunun hesabına rahat yarışıram. Bu bütün sürücülərin istədiyi şeydir. Beləliklə, yaxşı nəticələr qazanıram. Haas komandası bizdən qələbələr gözləmir. Təbii ki, bu gözəl olardı, amma bizim müəyyən tutumumuz var və buna əsasən qarşımıza hədəflər qoyuruq. Bacardığımız qədər çox xal toplamağa çalışırıq. Komanda da bizdən bunu istəyir. Komandada motivasiya yüksək səviyyədədir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 294
Teqlər ,
Paylaş

logo