K.Maqnussen Haas-dan gedir?

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, gələcəkdə rəqabətədavamlı komandaya keçə bilər.

F-1.az xatırladır ki, danimarkalı sürücü McLaren və Renault kimi tarixi komandaların şərəfini qoruduqdan sonra 2017-ci ildə Haas komandasına keçib.

Kevin Maqnussen: “Haas komandasında xoşbəxtəm. Təbii ki, gələcəkdə gözləntilərim dəyişə bilər və böyük komandalardan təklif gəlsə, qəbul edə bilərəm. Haas-dakı abu-havadan razıyam. Hamı mehribandır və özümü böyük bir ailənin üzvü kimi hiss edirəm. Heç bir komandada ikinci pilot olmaq istəmərəm. Əgər böyük komandalardan biri məni bu şərtlərlə transfet etmək istəsə, qəbul etmərəm. Əks halda niyə də yox? Gələcəyi proqnozlaşdıra bilmərik. Bu il güclü bolidimiz var və çox xoşbəxtəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*