K.Maqnussen cərimələnib

Haas komandasının sürücüsü Kevin Maqnussen rəqibi Serxio Peresi blokladığı üçün startda 3 yer itirməklə və 1 cəza balı ilə cərimələnib.

F-1.az xatırladır ki, danimarkalı sürücü Peresi sıralanma turunun ilk sessiyasında bloklamış və sürətli dövrədə olan meksikalı sürücü əlavə cəhd etməli olmuşdu.

Serxio Peres: “Bu hadisəyə görə əlavə təkər dəstindən istifadə etməli oldum və buna görə də son sessiyada cəmi bir dövrə vura bildim. Bu, mənə pis təsir etdi. Bunu bilərəkdən etmədi, amma Haas komandası və ya o, bu cür vəziyyətlərdə çox səhv edirlər. Özlərini təkmilləşdirməlidirlər.

Kevin Maqnussen: “Komanda mənə Peresin qızdırma dövrəsində olduğunu dedi. Buna görə yol vermədim. Onun əsəbini başa düşürəm. Bir səhv oldu və məyusam”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*