K.Maqnussen: “Bundan yaxşısı mümkün deyildi”

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Rusiyadakı sıralanma turunda tutduğu 14-cü yerə görə məyusdur.

F-1.az xatırladır ki, Rusiyada sıralanma turu Haas üçün pis keçib. Bundan əvvəlki 3 sıralanma turunda son sessiyaya qalan amerikalılar bu dəfə eyni uğuru təkrarlaya bilməyiblər. Maqnussen 14-cü olduğu halda, Qrojan 20-ci yeri tutub.

Kevin Maqnussen: “Komanda olaraq çox çətinlik çəkdik. Mükəmməl nəticə deyil. Ancaq bundan yaxşısını etmək mümkünsüz idi. Səhv etməsəm, bəlkə 11-ci ola bilərdim, amma inanmıram ki, Soçidə sıralanmada hansısa sürücü qüsursuz dövrə vursun. Traffik çox idi. Əyləclərlə bağlı çox problem yaşadıq. Əyləclər keçən ildən bəri komandanın ən böyük problemidir və yenidən üzə çıxdı. Amma rəqabətədavamlı bolidimiz var və yarışda xal almaq ehtimalımız yüksəkdir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*