25 Sentyabr 2018, Çərşənbə axşamı - 09:09

K.Maqnussen: “Bolid rəqabətə davamlıdır”

K.Maqnussen: “Bolid rəqabətə davamlıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

21:05 - 02 Aprel, 2017

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, ilk yarışda qəza edərək yarışı bitirə bilməsə də, rəaabətədavamlı bolidə sahib olduğu üçün sevinclidir.

F-1.az xatırlaıdr ki, danimarkalı sürücü Avstraliya yarışının 3-cü dövrəsində Markus Erikssona çırpılmış və asılqan probleminə görə yarışı dayandırmalı olmuşdu.

Kevin Maqnussen: “İlk yarışda Roman bolidin rəqabətədavamlı olduğunu hamıya nümayiş etdirdi. Mənim üçün pis yarış oldu. Təbii ki, ilk yarışda rəqabətədavamlı olmağımız sonrakı yarışlarda da belə olacağı mənasına gəlmir, amma komandada hamı çoxlu işləyir və bunun nəticəsini alacağımıza əminəm. Yaşadığımız problemlərə görə ilk yarış həftəsonunda bolidi çox sürə bilmədim. Ümid edirəm ki, Çində mövsümün ilk xallarını alaram. Mənim üçün əsas çox sürətli bolid deyil, əsas etibarlı boliddir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 954
Teqlər , , , ,
Paylaş

logo