K.Maqnussen: “Bolid daha da zəiflədi”

Kevin Maqnussen Renault-nun Monakoya gətirdiyi yeniliklərdən sonra bildirib ki, bolid daha da zəifləyib.

F-1.az xatırladır ki, Maqnussen İspaniyadakı mövsümiçi testlərdən sonra bildirmişdi ki, bolid inkişaf edib, amma danimarkalı sərbəst sürüşlərdən sonra bildirib ki, bolidi idarə etmək daha da çətinləşib. Maqnussen ikinci sərbəst yürüşlərdə bolidi baryerlərə vurub və sesiyanın liderinə 3 saniyə uduzub.

Kevin Maqnussen: “Heyif ki, şassi üzərində hələ çox işləməliyik. Bolidi daha da pis vəziyyətə gətirdik və bu bizim səhvimizidr. Çünki testlərdə elə bildik ki, bolidi yaxşılaşdırmışıq.

Sınadığımız bəzi detalların inkişaf gətirdiyindən əminəm, amma boliddəki yeni detallar balans və sazlanmalar cəhətdən bu trasda yaxşı işləmədi. Barselonadakı testlərdə düşündük ki, irəliyə doğru bir addım atmışıq, amma buraya gələndə gördük ki, hər şey ümid etdiyimiz kimi deyil.

Şassidə problem var. Mühərrik öz gücünü göstərdi və bu yöndə inkişaf etdi. Ancaq hazırda ən yaxşı mühərriyə sahib olsaq da, hazırkı mövqeyimizə yaxın yerdə olardıq. Hazırda mühərrik barədə heç bir problemimiz yoxdur”.

Maqnussen etdiyi qəzada səhvini qəbul edib, ancaq o dövrədə bolidi əvvəlki dövrələrdən sürətli idarə etmədiyini əlavə edib: “Divara doğru öndən sürüşmə oldu. Doğrudan da, asfaltla ilişmə yox idi. Telemetriyada məlumatlara baxanda görürük ki, əvvəlki dövrələrə nisbətən yavaş gəlmişəm, amma orada dönərkən asfaltla ilişmə yox idi. Divara yavaşca vurdum və sadəcə ön qanada bir az zərər verdim. Asılqanlar yaxşı vəziyyətdədir. Buna görə də mexaniklər üçün gecə uzun olmadı”.

Birinci sərbəst yürüşlərdə qəza edən Colion Palmer isə bu vəziyyətə görə təəccüblənməyib: “Şassiyə görə bu qədər geridə olmağımız təəccüblü deyil. Lotus adını satın aldlq və bolidi doğru zamanda, doğru investisiya ilə inkişaf etditməyə fürsətimiz olmadı.

Red Bull-un bolidi çox yaxşı işləyir, ancaq bizim burada olmağımız başa düşüləndir. Amma komandanın 2016-cı il üçün mübarizə aparması və təslim olmaması çox yaxşı haldır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*