21 Sentyabr 2017, Cümə axşamı - 12:46

K.Maqnussen: “Bakıda ən yaxşı nəticəmi qazandım”

K.Maqnussen: “Bakıda ən yaxşı nəticəmi qazandım”

Müəllif: Rauf Hacıyev, redaktor

06:05 - 27 İyun, 2017

Haas komandasının sürücüsü Kevin Maqnussen Azərbaycan yarışında 7-ci yeri tutduqdan sonra komandasına təriflər yağdırıb.

F-1.az xatırladır ki, danimarkalı sürücü yarışa 12-ci yerdən başlasa da, bol insidentli yarışda daha diqqətli olaraq, 7-ci yeri tutub. Beləliklə, Maqnusssen builki ən yaxşı nəticəsini qazanaraq, turnir cədvəlində komanda yoldaşı Qrojanı qabaqlayıb.

Kevin Maqnussen: “Çox xoşbəxtəm. Yeddinci yer düşündüyümdən əla nəticə oldu. Bu il bizim üçün ən çətin tras sayılan Bakı Şəhər Halqasında bu nəticəni əldə etmək gözəldir. Buna görə də sevincliyəm. Bolid bütün həftəsonu ərzində güclü idi. Əyləclə bağlı problemlər var idi. Sadəcə bu trasın quruluşu bizim üçün əlverişli deyil və rəqabətədavamlı ola bilmirik. Buna görə də 7-cilik əla nəticədir. Bir ara 3-cü yerdə olanda həyəcanlandım. Yarışın gedişindən isə həzz aldım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 269
Teqlər , , , ,
Paylaş

logo