K.Kobayaşi Mercedes-ə CV göndərib

Kamui Kobayaşi Rosberqi əvəzləmək üçün Mercedes komandasına Tvitter üzərindən CV göndərib.

F-1.az xatırladır ki, Mercedes Autosport jurnalına “sürücü axtarılır” elanı vermişdi. Elanda Mercedes namizədlərdən əylənməyi, döngəyə girməyi və sürətlənməni bacarmalarını tələb etmişdi.

Sauber komandasının sabiq sürücüsü Kamui Kobayaşi fanlarının topladığı pulun hesabına 2014-cü ildə Caterham-da yarışmışdı. Kobayaşi 2017-ci ildə Mercedes-də yarışmaq üçün fanlarının köməyinə ehtiyac duya bilər. Çünki yaponiyalı sürücü Twitter üzərindən Mercedes komandasına CV göndərib.

Kobayaşi CV-də “Komandanın əmrlərini həmişə dinləyib və onlara hörmət edərəm” yazısını yazmaqla, Həmiltonun Əbu Dabidəki itaətsizliyinə də söz atıb.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*