K.Horner: “Zərəri minimuma endirməliyik”

Red Bull komandasının rəhbəri Kristian Horner pis keçən sıralanma turundan sonra bildirib ki, yarışda əsas məqsədləri zərəri minimuma endirməkdir.

F-1.az xatırladır ki, Rikkardo Rusiya Qran Prisinin sıralanma turunda lider Fetteldən 1.8 saniyə geri qalaraq, 5-ci olub. Ferstappen isə almaniyalı sürücüyə 2-saniyə uduzaraq, 7-ci yeri tutub.

Kristian Horner: “Hazırda bütün komanda Barselonada gətirəcəyimiz yeniliklərə fokuslanıb. Buradan gözəl nəticə alaraq, növbəti yarışda daha güclü olmağa ümid edirik. Ədrian hazırda yeniliklərlə məşğuldur və gecə-gündüz işləyir. Son nəfəsinə qədər işləyir və ümid edirik ki, bizə yaxşı nəticə qazandırar. Bizim üçün Rusiyada ən real nəticə 5-ci və 6-cı yerlərdir. Öndəki rəqiblərimizlə aradakı fərq çoxdur və problem yaşamasalar, yaxşı nəticə mümkünsüzdür. Burada öndəkilərlə eyni tempdə getmək çətindir. Məqsədimiz yarış tempində Ferrari və Mercedes-dən 0.3 saniyə geri qalmaqdır. Bunu bacara bilsək, bizim üçün gözəl həftəsonu olar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*