K.Horner: “Toro Rosso bizi məğlub edəcək”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Toro Rosso onları məğlub edəcək...

F-1.az xatırladır ki, Red Bull komandası bu il TAG Heuer brendli Renault mühərriklərindən istifadə edəcək. Red Bull-un törəmə komandası olan Toro Rosso isə 2015-ci ildəki Ferrari mühərriklərinin son versiyasından istifadə edəcək.

Kristian Horner bu barədə danışıb: “Başımızı aşağı salıb, işimizi görəcəyik və ümid edəcəyik ki, bu il bir surpriz edək. İlk yarışlarda hər şey ola bilər. Məsələn, Toro Rosso güc qurğusunu dəyişdirdi və 0.8 saniyə qabağa düşdü. Bu böyük artımdır.

Biz də ümid edirik ki, mövsüm ərzində bu cür inkişaf edək. Onlar mövsümün əvvəlində bizi məğlub edəcəklər. Ancaq ümid edirəm ki, mövsüm ərzində onları qabaqlayacayıq”.

Horner Renault barədə də danışıb: “Onlar çatışmazlığın və problemin harada olduğunu və necə həll ediləcəyini bilirlər. Onlar artıq işlərinə kökləniblər. Yenidənqurma işlərindən sonra komandanın da keyfiyyəti artıb.

Onlar Bob Belli yenidən komandaya qaytarıblar. Bobun yaxşı Mercedes təcrübəsi var. Mercedes-dən əvvəl də Renault-da yaxşı işlər görüb. Ona görə də düşünürəm ki, Renault hazırda doğru yoldadır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*