16 Dekabr 2017, Şənbə - 20:52

K.Horner: “Sürücülərimə komanda əmri verə bilməzdim”

K.Horner: “Sürücülərimə komanda əmri verə bilməzdim”

Müəllif: Rauf Hacıyev, redaktor

19:14 - 03 Oktyabr, 2016

Kristian Horner bildirib ki, sürücülərinə komanda əmri vermək doğru olmazdı…

F-1.az xatırladır ki, Red Bull komandasının sürücüləri Daniel Rikkardo və Maks Ferstappen Malayziya yarışında qələbə uğrunda mübarizə aparmışdılar və avstraliyalı sürücü qalib gələn tərəf olmuşdu.

Kristian Horner: “Biz bilirdik ki, Maks yarışın sonunda Hard təkərlərə keçəcək. Daniel yarışın 22-ci dövrəsində pitə gəlmişdi və onun təkərlərinin nə qədər dözəcəyi bilinmirdi. O bizə dedi ki, təkərlər ən yaxşı halda 6-7 dövrə dözə bilər. Amma onlar yarış ərzində bir-biri ilə mübarizə aparmağa davam edirdilər. Onlara heç bir əmr vermədik. Əksinə dedik ki, bir-birinizlə yarışın. Amma bu hörmət çərçivəsində olsun. Səhər də bu barədə danışmışdıq. Onlar arasında təkər-təkərə mübarizə olsa da, bir-birinə hörmət edirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 117
Teqlər , , ,
Paylaş

logo