K.Horner: “Sürətli dövrə gücümüzü göstərdi”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Rikkardo Avstraliyada bolidin gücünü göstərib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü mövsümün açılış yarışında 4-cü olsa da, yarışın ən sürətli dövrəsinə imza atmışdı.

Kristian Horner: “Daniel çox gözəl geridönüş etdi. Ötmələrin çətin olduğu trasda yarışa 8-ci yerdən başlasa da, 4-cü ola bildi. Bu, yaxşı nəticə idi. Yarışda bir dənə Hülkenberqi keçdi. Buna görə də mövsümün yaxşı başladığını deyə bilmərik. Yarışın sonunda Kimi üzərində təzyiq qurmuşdu. Amma ötmə etməyə yer tapmadı. Ən sürətli dövrə gücümüzün isbatı idi. Ümid edirəm ki, Bəhreyn yarışında liderlik uğrunda mübarizə apara bilərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*