19 Oktyabr 2017, Cümə axşamı - 12:55

K.Horner: “Silverstounda ruhsuz tras olmuşdu”

K.Horner: “Silverstounda ruhsuz tras olmuşdu”

Müəllif: Rauf Hacıyev, redaktor

06:08 - 13 İyul, 2017

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Silverstoun trasının imtina maddəsini tətbiq etməsi ilə, Londonda keçiriləcək yarışın önünü açıb.

F-1.az xatırladır ki, Britaniya Avtomobil Klubu zərər etdiklərinə görə Silverstoun trasının Formula1-lə olan müqaviləsini pozub.

Kristian Horner: “Silverstoun mükəmməl trasdır. Komandalar və sürücülər orada çıxış etməyi sevirlər. Liberty Media bildirdi ki, təqvimdə Britaniya yarışı olacaq.

Amma Londonda başqa bir tədbir oldu. Əgər bu tədbir uğurlu olsa, mən cəlbedici bir London yarışı xəyal edirəm. Silverstoun trasının məsulları özlərini itirmək istəmirlərsə, diqqətli olmalıdırlar. Onların ləğv maddəsindən istifadə etdiyini eşidəndə çox təəccübləndim. Onlar müqavilə bağlayıblar və bilirdilər ki, nələr ola bilər. Hər il yarışı qəbul etsələr də, artıq buna maddi cəhətdən güclərinin çatmayacağını anladılar. Ya əvvəldən bu müqaviləni bağlamayaydılar, ya da riyazi hesablamalarda səhv etdilər.

Onlar pitlərə çoxlu pul xərclədilər və onları səhv yerə qoydular. Böyük Britaniyanın tarixi yarış trasından birində ruhu olmayan bir paddok yaratdılar. Çoxlu səhvlər edən idarəçilər var. Bunun adı Britaniya Qran Prisidir və britaniyalılara aid olmalıdır. Amma bəzi şübhəli söz-söhbətlər var. Mən istəyərəm ki, Silverstoun təqvimdə qalsın. Ümid edirəm ki, uzunmüddətli müqavilə bağlayarlar. Amma təşkilatçılığa baxmaq üçün yeni gözlərə ehtiyac var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 247
Teqlər , , ,
Paylaş

logo