13 Dekabr 2017, Çərşənbə - 15:13

K.Horner: “Sayns 2018-ci ildə Toro Rosso-da qalacaq”

K.Horner: “Sayns 2018-ci ildə Toro Rosso-da qalacaq”

Müəllif: Elçin Zodorov, redaktor

09:11 - 08 İyul, 2017

Toro Rosso-nun ispan sürücüsünün gələn il harada yarışacağı ilə bağlı müzakirələr çoxdan gedir. Saynsın adı bir çox komanda ilə yanaşı çəkilir, hətta McLaren-də həmyerlisi Fernando Alonsonu əvəzləyəcəyi deyilir.

F-1.az xəbər verir ki, Red Bull komandasının rəhbəri Kristian Horner onun gələcəyi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Kristian Horner: “Karlosun bizimlə müqaviləsi var və artıq müqavilədə nəzərdə tutulan opsiondan istifadə etmişik. Bu şərtlərə görə, gələn il də Toro Rosso-da qalmalıdır. Mən bilmirəm o harada yarışmaq istəyir, lakin bu, müqavilədə aydın göstərilib. Red Bull-un ona aşağı seriyalardan bəri dəstək verdiyini, bunun nəticəsində Formula1-də olduğunu xatırlamalıdır. Onlara belə bir şansı vermək üçün yatırılan sərmayələri düşündükdə, bu tərzdə danışması bir qədər düzgün deyil. Red Bull-un dəstəyi olmasaydı, indi Formula1-də çıxış etmirdi”.

Horner onun Renault-ya gedəcəyi ilə bağlı çıxan şayiələrə də münasibət bildirib: “Belə bir ssenarinin reallaşacağına inanmıram. Toro Rosso çempionatda hazırda Renault-dan irəlidədir və bunda bir məna görmürəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 791
Teqlər , , , ,
Paylaş

logo