18 Oktyabr 2018, Cümə axşamı - 05:26

K.Horner: “Rosberq cəsarətli yarışdı”

K.Horner: “Rosberq cəsarətli yarışdı”

Müəllif: Rauf Hacıyev, redaktor

19:59 - 29 Noyabr, 2016

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Niko Rosberq Maks Ferstappenə cəsarətli hücum edib və bu hücum çempionluq yarışına təsir edən faktorlardan biri olub.

F-1.az xatırladır ki, Rosberq birinci pit-stopdan sonra uzun müddət Ferstappenin arxasında ilişib qalmışdı. Hollandiyalı sürücü rəqibləri ilə mübarizə zamanı aqressiv olduğu üçün Rosberq diqqətli olmalı idi. Almaniyalı sürücü Ferstappeni bir müddət izlədikdən sonra hücum edərək rəqibini geridə qoydu və fərqi artırmağa başladı.

Kristian Horner: “Niko Maksa hücum edəcək qədər cəsarətli idi. Maksı keçmək asan deyil və belə görünürdü ki, Rosberq 3-cü yerə razı olacaq. Məncə, Rosberqin yarışında hər şeyi bu hücum həll etdi”.

Ferstappenin rəqibləri iki dəfə pit-stop etdiyi halda, Ferstappen bir dəfə pit-stop etmişdi. Horner bildirib ki, Həmiltonun taktikası hollandiyalıya kömək edib: “Rəqiblərini keçərkən az vaxt itirdi və təkərlərini öldürmədi. Start aldığı təkərlərlə 21 dövrə atması inanılmaz idi. Deyəsən, Rosberqə demişdilər ki, Maksa yaxın durma. Belə olan halda, tək pit-stoplu strategiya yaxşı işlədi. Lyuis onu gözlədiyi üçün yavaş gedirdi və buna görə də Maks SuperSoft təkərlərlə 21 dövrə vura bildi. Bundan sonra tək pit-stoplu strategiya seçdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 388
Teqlər , , , , , ,
Paylaş

logo