K.Horner: “Ron Dennisin getməsi böyük itkidir”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, McLaren komandasının rəhbəri Ron Dennis idmandan getsə, Formula1 üçün böyük itki olacaq...

F-1.az xatırladır ki, McLaren komandasının qurucularından olan Ron Dennis ortaqlıq etdiyi Mənsur Occey ilə yola gedə bilmir və buna görə də mövsümün sonunda komandadan göndərilə bilər. Çıxan xəbərlərə görə, Ron Dennis mövsümün sonunda müqaviləsini yeniləməyəcək və 40 illik Formula1 karyerasını bitirəcək.

Kristian Horner: “Rona böyük hörmətim var. Sponsorlara, mühəndislərə, sürücülərə və digər şeylərə görə onunla mübarizə apardıq və o, həmişə ədalətli idi. Onun gedişi həm McLaren, həm də Formula1 üçün böyük itki olacaq. O, Formula1-də böyük işlər görüb. McLaren-in hazırkı vəziyyəti hamımız üçün misaldır. O istəkli adamdır və Formula1 üçün doğru olanı edir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*