24 Sentyabr 2017, Bazar - 21:45

K.Horner: “Rikkardo qalib gələndən sonra Ferstappen ikiqat məyus oldu”

K.Horner: “Rikkardo qalib gələndən sonra Ferstappen ikiqat məyus oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

06:11 - 30 İyun, 2017

Kristian Horner bildirib ki, Maks Ferstappen komanda yoldaşı Daniel Rikkardonun Bakıdakı qələbəsindən sonra çox məyus olub.

F-1.az xatırladır ki, Ferstappen Bakıdakı yarışda 4-cü yerdə gedərkən, mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu. Yarışın startından sonra pitə gələrək 17-ci yerə geriləyən Rikkardo isə xaotik yarışda qalib gələrək, çempionatda 4-cü yerə yüksəlib.

Qeyd edək ki, Red Bull komandası bu il cəmi 685 dövrə vura bilib və bu statistikada McLaren-ə belə uduzaraq, sonuncu pillədə qərarlaşıb.

Kristian Horner: “Hazırda çox əsəbidir. Komanda yoldaşının Kanadada podiuma yüksəlib, daha sonra Azərbaycanda qalib gəlmsi vəziyyəti daha da pisləşdirir. Yenə də gördüyünüz kimi komandanın səhvindən əmələ gələn problem deyil. Onun üçün son yarışlar qaydasında getmir, amma bilirik ki, yaxşı nəticələr ala bilər. Hazırda əla performans göstərir. Sürətini artırsa da, bəxti gətirmir. Bir gün bəxti də gətirəcək. Həmişəki kimi.

Bakıda ikinci sektorda çox güclü idi. Hələ 19 yaşı olsa da, uğur qazanmaq üçün alışıb-yanır. Bu yaxşı haldır. Daha çox şey öyrənərək, daha güclü formada qayıdacaq. Buna şübhə etmirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 358
Teqlər , , , , , ,
Paylaş

logo