18 Dekabr 2017, Bazar ertəsi - 13:08

K.Horner: “Rikkardo komandada qalacaq”

K.Horner: “Rikkardo komandada qalacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

09:18 - 07 Oktyabr, 2017

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, 2018-ci ilin sonunda Daniel Rikkardo ilə yeni müqavilə bağlamaq istəyirlər.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi gələn ilin sonunda bitir. Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko isə Rikkardonun artıq sürücü bazarında olduğunu bildirib.

Kristian Horner: “Sürücülərimizin hər ikisinin də komandada qalmasını istəyirik. Əsas məqsədimiz onlarla davam etməkdir. Danielin bizimlə 10 illlik müqaviləsi başa çatır və azad agent statusu ilə istədiyi yerə gedə biləcək. Bu, komandadan ayrılmaq istədiyi mənasına gəlmir. Biz də onun getməsini istəmirik.

Təbii ki, fərqli ssenarilər üçün hazır olmalıyıq. Buna görə də Karlos Saynsa sahibik və digər gənc sürücülərlə işləyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 262
Teqlər , ,
Paylaş

logo