22 Noyabr 2017, Çərşənbə - 13:11

K.Horner: “Rikkardo istəmirsə, Sayns var”

K.Horner: “Rikkardo istəmirsə, Sayns var”

Müəllif: Rauf Hacıyev, redaktor

12:06 - 02 Noyabr, 2017

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Daniel Rikkardonun yeni müqavilə üçün tələsməməsini anlayır.

F-1.az xatırladır ki, Maks Ferstappen komanda ilə yeni müqavilə bağlasa da, Rikkardo hələ tələsmədiyini demişdi.

Kristian Horner: “Danielin artıq 28 yaşı var və bilir ki, karyerasının bu dövründə edəcəyi həmlələr həlledici olacaq. Biz də bu vəziyyətdən xəbərdar olduğumuz üçün qərarına hörmətlə yanaşırıq. Onun komandada qalmasını istəyirik və bu barədə ona dedik. Düşünmək üçün 6 aya ehtiyacı varsa, düşünsün. Buna haqqı var.

Hər iki sürücümüzlə də bərabər davranırıq. Daniel də bunu bilir. O da bu vəziyyətə görə xoşbəxtdir. Amma başqa komandaya getmək istəsə, zorla saxlamayacağıq. Karlosu buna görə Renault-ya icarəyə vermişik. Amma əsas istəyimiz Danielin komandada qalmasıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 836
Teqlər , , ,
Paylaş

logo