16 Dekabr 2017, Şənbə - 20:49

K.Horner: “Pirelli testləri Bəhreyndə keçirmək üçün komandalara ödəniş etməlidir”

K.Horner: “Pirelli testləri Bəhreyndə keçirmək üçün komandalara ödəniş etməlidir”

Müəllif: Elçin Zodorov, redaktor

12:47 - 12 Oktyabr, 2016

Pirelli şirkəti və Mercedes AMG başda olmaqla bir neçə komanda mövsümöncəsi testlərin daha isti yerdə – Bəhreyndə keçirilməsini istəyirlər. Digər tərəfdən də, Red Bull-un da daxil olduğu bir qrup komanda testlərin əvvəlki illərdə olduğu kimi, Barselonada keçirilməsində maraqlıdırlar.

F-1.az bildirir ki, Pirelli-nin testləri Bəhreyndə keçirilməsini istəməsinin yeganə səbəbi isti hava deyil və şirkət bütün səbəbləri yazılı olaraq FİA-ya göndərəcək.

Kristian Horner: “Əslində hər şey çox sadədir. Pirelli testlərin Bəhreyndə keçirilməsini istəyirsə, komandalara maliyə ayırmalıdır. Hər komandanın daşımaya görə xərcləri var – bu rəqəm 300 min funt sterlinqdən 750 min funt sterlinqə qədərdir. Barselona isə mart ayında test etmək üçün çox əla yerdir. Bəhreyni seçmək haqsızlıqdır. Həm də unutmamalıyıq ki, mövsümün ilk dörd yarışında hava şəraiti Barselonadakına bənzər olacaq. Melburn və Soçidə hava sərin olacaq, Bəhreyndə isə yarış gecə təşkil olunacaq. Çində hava yaxşı ola bilər. Düşünürəm ki, bu barədə Ostində iclasda danışacayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 196
Teqlər , , , , ,
Paylaş

logo