23 Oktyabr 2017, Bazar ertəsi - 10:02

K.Horner: “Nyui 2017-ci il bolidi üzrərində işləyəcək”

K.Horner: “Nyui 2017-ci il bolidi üzrərində işləyəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

15:14 - 26 Mart, 2016

Red Bull komandasının texniki direktoru Ədrian Nyui 2017-ci il bolidinin üzərində işləməyə başlayır…

F-1.az xatırladır ki, Ədrian Nyui fərqli layihələrdə iştirak etmək üçün Formula1-dəki işini qismən dayandırıb və əvvəlki kimi çox işləmir.

Nyui hazırda Amerika Kuboku yarışları üçün yaxta dizayn edir və Aston Martin ilə Red Bull arasında imzalanan müqaviləyə əsasən şirkətin Hypercar modeli üzərində işləməyə başlayacaq. Kristian Horner bildirib ki, bir müddət saonra Nyui 2017-ci il bolidi üzərində işə də başlayacaq.

Kristian Horner: “Ədrian keçən il olduğu kimi vaxtını yarı-yarıya istifadə edəcək. O, 2017-ci il bolidi üzərində işləməyə başlayacaq.

Onun bizim komandada olması qürurvericidir. Texniki komandamız yüksək səviyyədədir.

Nyui iki il ərzində Aston Martin-in avtomobilini dizayn edəcək. Daha sonra isə nə edəcəyimizi hələ planlaşdırmamışıq”.

Horner əlavə edib ki, Nyuinin Amerika Kuboku üçün dizayn etdiyi yaxta hələ də tam düzəlməyib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 341
Teqlər , , ,
Paylaş

logo