12 Dekabr 2018, Çərşənbə - 23:48

K.Horner: “Maksın tək qalmasını istədik”

K.Horner: “Maksın tək qalmasını istədik”

Müəllif: Rauf Hacıyev, redaktor

10:07 - 14 İyun, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Kanadada sürücüləri Maks Ferstappendən tək qalmasını istəyiblər.

F-1.az xatırladır ki, hollandiyalı sürücü ilk yarışlarda müxtəlif insidentlərə qarışmış və sərt tənqidlərlə üzləşmişdi. Sürücünün meneceri və atası Kanadada yox idi və Ferstappen pis həftəsonu keçirməmişdi.

Kristian Horner: “Bu dəfə tək yarışırdı və hər şey fərqli idi. Təcrübəsi artdıqca daha yetişkən olmağa davam edir. Bu barədə onunla danışmışdıq. Komanda daxilində qərar vermişdik. Ancaq belə davam etməyəcək. Sadəcə bunu təcrübədən keçirmək istədik. Bunun təsiri olduğunu demirəm. Sadəcə bəzi şeylər fərqli idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 167
Teqlər , , , ,
Paylaş

logo