K.Horner: “Kvyat komandada qalmağa layiqdir”

Red Bull komandasının rəhbəri Kristian Horner Kvyatın yeni bir şansa layiq olduğunu, buna görə də onunla müqavilənin uzadıldığını bildirib.

F-1.az xatırladır ki, Toro Rosso Sinqapur Qran Prisindən bəri yaxşı nəticələr əldə edən rus sürücü ilə gələn il də yarışmağı qərara alıb. 

Kristian Horner: “Mövsümün əvvəlində yaşadığı şanssızlıqlardan xilas olmağı bacarıb və özünəinamını qaytarıb. Daniilin hələ 22 yaşı var və ona başqa şans verə biləcəyimizi, Saynsla daha bir il mübarizə aparmasının yaxşı olacağını düşündük. Bundan Toro Rosso qazanclı çıxacaq. Qasli də yaxşı sürücüdür və komandanın bir parçasıdır. O, bizim devoloper pilotumuzdur. Geniş sürücü heyətimiz var. Vaxtı gəldikdə, o da Formula1-də yarışacaq”.

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*