18 Noyabr 2017, Şənbə - 01:01

K.Horner Həmiltonun yeni mövsümə güclü başlamasına inanır…

K.Horner Həmiltonun yeni mövsümə güclü başlamasına inanır…

Müəllif: Elçin Zodorov, redaktor

20:09 - 19 Fevral, 2016

Lyuis Həmilton son 2 ildə çempion olub və 2016-cı ildə də titula əsas namizəddir. Lakin Rosberqin keçən mövsümün sonundakı çıxışı onun bu il rahat rəqib olmayacağından xəbər verir…

F-1.az xəbər verir ki, Red Bull komandasının rəhbəri Kristian Horner bir qədər fərqli düşünür: “Məni bir sual maraqlandırır: Keçən mövsümün son yarışlarında Lyuis nə qədər istəkli idi və motivasiyası hansı səviyyədə idi? Onun üçün bir qədər çətin ola bilər, çünki çempion olan sürücü hər kəsin ən çox məğlub etmək istədiyi adamdır. Amma mən onun mövsümə əla start verəcəyinə inanıram”.

Horner təkərlərlə bağlı yeni reqlamentə də toxunub: “Bu, komandalara müxtəlif seçim imkanları vermək üçün yaxşı bir dəyişiklikdir. Amma bir çox komandanın eyni seçimləri edəcəyindən narahatam. Belə olarsa, yeni reqlament çox da əhəmiyyətli olmayacaq”.

 

 

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 270
Teqlər , , ,
Paylaş

logo